Powered By Blogger

вторник, 18 октября 2011 г.

Lev Davidoviç Landau Nobel, Lenin və üç dəfə Stalin mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Danimarka və Niderland Elmlər akademiyalarının, Amerika Elmlər və İncəsənət Akademiyasının (ABŞ), Fransa Fizika Cəmiyyətinin, London Fizika Cəmiyyətinin və London Kraliça Cəmiyyətinin üzvü, XX yüzilliyin əfsanəvi fizikidir.

Onun atası David Lvoviç Landau Balaxanı neft mədənlərində mühəndis işləmiş, anası Lyubov Veniaminovna Qarkavi (Landau) isə Balaxanıda mamaça-ginekoloq kimi fəaliyyət göstərmişdir. Övladlarının təhsil alması vaxtı çatanda — 1913-cü ildə Landaular ailəsi Bakı şəhərinə köçmüş və indiki Nizami və Səməd Vurğun küçələrinin kəsişdiyi tində yerləşən binada (üzərində L.D.Landaunun xatirə lövhəsi asılmışdır) mənzil almışdır. Lev Davidoviç Landau 1924-cü ilə kimi həmin mənzildə yaşamışdır.

Lev Landau 1916-cı ildə Bakı şəhərində gimnaziyaya qəbul olunur və 12 yaşında gimnaziyanı əla qiymətlərlə başa vurur. Onun ali məktəbdə oxuması üçün hələ çox gənc olduğunu nəzərə alaraq valideynləri gələcək fizikin iki il Bakı İqtisadiyyat Texnikumunda oxuması barədə qərar qəbul edirlər. O zamanlar İqtisadiyyat Texnikumunda riyaziyyat fənni çox geniş və yaxşı tədris olunurdu. Balaca Landau bu texnikuma qəbul üçün ciddi hazırlaşmışdı. 12 yaşında artıq o, differensiallama, 13 yaşında isə inteqrallama əməliyyatlarını tam mənimsəmişdi. Riyaziyyatla məşğul olmaq ona zövq verir və riyaziyyat elmindən böyük həzz alırdı. Bakı İqtisadiyyat Texnikumuna Landau 1920-ci ildə daxil olmuş və 1922-ci ildə oranı bitirmişdir.

1922-ci ildə 14 yaşlı Lev Landau müvəffəqiyyətlə Azərbaycan Dövlət Universitetinə qəbul imtahanları verir və eyni vaxtda iki fakültədə — fizika-riyaziyyat və kimya fakültələrində təhsil alır. Kimya elmi gənc Landaunu çox maraqlandırırdı. Lakin birinci semestrdən sonra o, özü üçün yəqin edir ki, fizika və riyaziyyat onun üçün daha maraqlıdır və ürəyincədir.

O zamanlar Azərbaycan Dövlət Universitetində riyaziyyat elminə çox geniş yer verilir və yüksək səviyyədə tədris edilirdi. Burada bir çox məşhur riyaziyyatçılar mühazirələr oxuyurdular. Universitetdə “Matezis” adlı Tələbə Elmi Cəmiyyəti də fəaliyyət göstərirdi. Bu cəmiyyətdə tələbələrlə yanaşı, müəllimlər də iştirak edir, riyaziyyat və fizika üzrə istedadlı gənclər burada aşkar olunurdu.

Lev Davidoviç Landau da ilk elmi çıxışlarına məhz Azərbaycan Dövlət Universitetində “Matezis” Tələbə Elmi Cəmiyyətində başlamışdır. Azərbaycan Dövlət Universiteti gənc Landauya böyük təsir etmiş, onda nəzəri fizikaya maraq məhz bu qədim elm ocağında yaranmışdır. O, elmi axtarışlara elə burada tələbə ikən başlamışdır. “Matezis” Tələbə Elmi Cəmiyyətində Lev Landaunun əsas çıxışlarından biri və onun istedadının olduqca geniş olduğunu xarakterizə edən ilk elmi məruzəsi o vaxtlar yeni çapdan çıxmış Orest Xvolsonun beş cildlik fizika kursu və Abram İoffenin “Molekulyar fizika” əsəri haqqında məruzəsi olmuşdur. Gənc tələbənin məruzəsi hamıda, hətta universitetin adlı-sanlı alimlərində də böyük maraq doğurmuşdur.

Tələbə Elmi Cəmiyyətinin iclaslarındakı çıxışları, universitetdə əla oxuması və imtahanlarda olduqca yüksək nəticələr göstərməsi Lev Landaunu Azərbaycan Dövlət Universitetində məşhurlaşdırmış və ona diqqəti artırmışdır. Məhz Bakıda aldığı təhsil Landaunun gələcək elmi axtarışlarının və nailiyyətlərinin, nəzəri fizikaya gətirdiyi fundamental və klassik yeniliklərin, ümumiyyətlə, fizika elmində yaratdığı yeni stilin və nəzəri fizika sahəsində yaratdığı böyük məktəbin sarsılmaz əsası olmuşdur. Azərbaycan Lev Davidoviç Landaunu çox gənc olmasına baxmayaraq nəzəri fizika uzrə gələcək dahi alim kimi sabiq SSRİ-nin o vaxtkı elm mərkəzi sayılan Leninqrad şəhərinə yola salmışdır. 1924-cü ildə 16 yaşlı Lev Landau Leninqrad Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə köçürülmüşdür.

1926-cı ildə Lev Landaunun “İkiatomlu molekulların spektrləri nəzəriyyəsi” adlı ilk elmi əsəri çap olunur. Landaunun bu elmi işi onu daha da məşhurlaşdırır və o, 1926-cı ilin dekabrında Moskvada keçirilən rus fiziklərinin beşinci qurultayına dəvət olunur. Qurultayda Lev Landau “Klassik və dalğa mexanikasının əlaqəsinə dair məsələyə aid” adlı məruzə ilə çıxış edir və fizikanın bir sıra fundamental məsələlərinə həsr olunmuş çıxışlar üzrə müzakirələrdə iştirak edir. Tələbə fizik öz çıxışlırı ilə iştirakçılara olduqca güclü təsir bağışlayır. Lev Landau 1927-ci ildə Leninqrad Dövlət Universitetində təhsilini başa vurur və Leninqrad Fizika-Texnika İnstitutunun aspiranturasında təhsilini davam etdirir.

Aspiranturada təhsil aldığı dövrdə Lev Landau nəzəri fizika sahəsində ciddi tədqiqatlara başlayır. Onun yeni tədqiqat işi “Dalğa mexanikasında tormozlanma problemi” adlanırdı. O, şüalanma nəticəsində tormozlanma mexanizmini analiz edərək, kvant mexanikasına yeni anlayış-sıxlıq matrisası anlayışını daxil edir. 1928-ci ildə Lev Landau fiziklərin Moskvada keçirilən altıncı qurultayın iştirakçısı olur və “Kvant statistikasının əsasları”, “Müasir fizikada səbəbiyyət prinsipi” və “Dalğa mexanikasında maqnitli elektron” adlı məruzələrlə çıxışlar edir. Lev Davidoviç Landau həmin qurultayda iştirak edən dünyanın məşhur fiziki Nils Borun diqqətini cəlb edir.

Fiziklərin altıncı qurultayından sonra Lev Landau ən yaxşı aspirantlardan biri kimi təhsilini artırmaq məqsədilə Maarif Xalq Komissarlığının qərarı ilə Berlin, Qettinqen, Leypsiq, Kopenhagen, Kembric və Surix şəhərlərinə ilyarımlıq müddətinə elmi ezamiyyəyə göndərilir. 1929-cu ilin oktyabr ayında o, Berlinə gəlir və Berlin Universitetində Albert Eynşteynlə görüşür. Lev Landau o vaxtlar artıq dünyanın ən məşhur fiziki kimi tanınan Albert Eynşteynlə söhbət aparmaq istəyini bildirir. Albert Eynşteyn 21 yaşlı Landaunu öz evinə dəvət edir.

Nisbilik nəzəriyyəsi ilə elmdə inqilab etmiş nəhəng nəzəriyyəçi fiziklə hər alim elmi polemikaya girişməyə cürət etmirdi. Lakin Lev Landaunun özünə əminliyi onun belə bir addım atmasına səbəb olmuş və o, Albert Eynşteynlə evində görüşmüşdür. Bu görüşdə gənc fizik Landau nəhəng Eynşteynlə kvant mexanikası haqqında elmi mübahisə edir və qeyri-müəyyənlik prinsipinin kvant mexanikasının əsas prinsipi olduğunu sübut etməyə çalışır. Landaunun əminliyi, aydın və dəqiq mülahizələri Eynşteynin xoşuna gəlsə də o, dahi fiziki razı sala bilmir. Sonralar bu iki böyük alimin görüşmək imkanları olmamışdır. Faşistlər Almaniyada hakimiyyətə gəldikdən sonra Albert Eynşteyn Amerika Birləşmiş Ştatlarına qaçmaq məcburiyyətində qalmışdır.

Avropada elmi ezamiyyətdə olduğu müddətdə Lev Landau bir çox məşhur fiziklərlə görüşmüş, onların məruzələrini dinləmiş və seminarlarında iştirak etmişdir. 1930-cu il aprelin 8-də o, Danimarkanın paytaxtı Kopenhagendə Nəzəri Fizika İnstitutunun direktoru, kvant mexanikasının banisi Nils Borla görüşür. O zamanlar dünyanın hər tərəfindən gənc və istedadlı fiziklər Nils Borun yanına axışırdılar. Onlar özlərini məşhur alimin yanında sərbəst və yüngül hiss edir, Nils Bor isə gənc alimlərə olduqca yaxşı münasibət göstərirdi. Lev Landauya isə o, ilk görüşdən xüsusi məhəbbətlə yanaşmışdır. Gənc Landaunun olduqca çılğın olmasına baxmayaraq onun fitri istedadı Nils Boru valeh etmişdir. Nils Bor öz növbəsində Lev Landaunun yaradıcılığına böyük təsir göstərmişdir. Ömrünün sonuna kimi Lev Landau Nils Boru özünə müəllim hesab edirdi.

Avropanın əsas elmi mərkəzlərində olarkən Lev Landau sərbəst elektronların maqnit xassələrinə dair vacib tədqiqatlar aparmış və 1930-cu ildə diamaqnetizm haqqında elmi əsərlər çap etdirmişdir. Sonralar bu təzahür “Landau diamaqnetizmi” adlandırılmış və onu görkəmli dünya alimləri ilə bir sıraya qaldırmışdır. 1931-ci ilin mart ayında Lev Landaunun elmi ezamiyyə vaxtı başa çatmış və o, Avropadan Leninqrada, Fizika-Texnika İnstitutuna qayıtmışdır.

O zamanlar Leninqrad Fizika-Texnika İnstitutuna məşhur fizik Abram İoffe rəhbərlik edirdi və o, nazikqatlı izolyasiya problemlərinə dair tədqiqatlar aparırdı. Lakin xaricdən yeni qayıtmış aspirant Lev Landau Abram İoffenin nazikqatlı izolyasiya probleminə dair mülahizələrinin nəzəri cəhətdən əsaslı olmadığını sübut etmiş və A. İoffe ilə onun arasında narazılıq yaranmışdır. Bu səbəbdən də Lev Landau Leninqrad Fizika-Texnika İnstitutunu tərk etmiş və 1932-ci ildə Xarkova gələrək, Ukrayna Fizika-Texnika İnstitutunda nəzəri fizika kafedrasının müdiri seçilmişdir. Eyni zamanda, o Xarkov Mexanika-Maşınqayırma İnstitutunda da nəzəri fizika kafedrasına rəhbərlik etmişdir.

Xarkovda işlədiyi dövr Lev Landau üçün olduqca məhsuldar olmuşdur. 1932-1937-ci illərdə o, Ukrayna Fizika-Texnika, Xarkov Fizika-Maşınqayırma institutlarında, Ukrayna Dövlət Universitetində mühazirələr oxumuş, bir neçə dəfə Kopenhagenə gedərək Nils Borun seminarlarında iştirak etmiş, nəzəri fizika üzrə Xarkovda konfrans (1934-cü il) təşkil etmişdir. İstedadlı gənc fiziklərin aşkar edilib təhsil almaları üçün L.Landau o vaxtlar “nəzəri minimum” adlandırılan xüsusi proqram işləyib hazırlamışdır. Əldə etdiyi elmi nəticələrə görə Ümumittifaq Attestasiya Komissiyası Lev Landauya dissertasiya müdafiə etmədən fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi vermişdir. 1935-ci ildə isə Lev Landau Xarkov Dövlət Universitetinin ümumi fizika kafedrasına rəhbərliyə başlamış və həmin il ona professor elmi rütbəsi verilmişdir.

Lev Landaunun yaratdığı fundamental nəzəriyyələrdən biri də maddənin faza dəyişkənliyidir. Ona kimi bu problem üzrə qeyri-müəyyənliklər və anlaşılmazlıqlar hökm sürürdü. 1936-1937-ci illərdə Lev Landau “Fazaların ikinci növ dəyişmələri” nəzəriyyəsini və “Yüksəkkeçiricilərin aralıq vəziyyəti” nəzəriyyəsini yaradır, bu problemlərə həsr olunmuş elmi məqalələrlə çıxışlar edir. Həmin dövrdə L.Landau artıq dünyada məşhur nəzəriyyəçi fizik kimi tanınırdı və 1937-ci ilin fevralında o, Moskva Fiziki Problemlər İnstitutuna dəvət olunur və həmin institutda nəzəriyyə şöbəsinə rəhbərlik edir.

Təəssüflər olsun ki, Stalin repressiyaları dünyanın bu məşhur alimindən də yan keçməmişdir. Lev Davidoviç Landau casusluq, ziyankarlıq və antistalin vərəqələrinin tərtib edilməsi ittihamları ilə 1938-ci ilin 27 aprelində həbs edilərək SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin tədricxanasına yerləşdirilir. Landaunun həbsini eşidən Nils Bor dəhşətə gəlir və o, Landaunun fizika üçün, dünya elmi üçün nə dərəcədə əhəmiyyətli olduğu barədə İosif Stalinə məktub göndərərək onun azad edilməsini xahiş edir. Eyni məzmunlu məktubla akademik Pyotr Leonidoviç Kapitsa da (Moskva Fiziki Problemlər İnstitutunun yaradıcısı və direktoru) Stalinə müraciət edir və Lavrenti Beriya ilə görüşərək Landaunun azadlığa buraxılmasına çalışır. Bu iki böyük elm adamının müdaxiləsi və onların səyləri nəticəsində Lev Landau 1939-cu ilin 29 aprelində azadlığa buraxılır. Lakin günahsız həbs olunmuş dünya şöhrətli alimə ancaq 1990-cı ildə — Sovet imperiyasının süqutu ərəfəsində bəraət verildi.

Moskva Fiziki Problemlər İnstitutunda çox yaxşı ab-hava hökm sürürdü. Bu səbəbdən də həmin institutda Lev Landau çox məhsuldar fəaliyyət göstərmişdir. O vaxtlar orada maye helium üzrə tədqiqatlar aparılırdı. Ancaq Landauya qədər bu tədqiqatlar elə bir ciddi nəticələrə gətirib çıxarmamışdır. Maye heliumun yüksək axıcılığı — mütləq sıfır dərəcədə heliumun bərkiməməsi alimləri çaş-baş salmış, onun yüksək axıcılığı haqqında hər hansı bir nəzəriyyənin yaradılması istiqamətində aparılan tədqiqatlar nəticəsiz qalmışdır. Lev Davidoviç Landau bu problemin həllinə başlamış və 1940-1941-ci illərdə “Maye heliumun yüksəkaxıcılığı” nəzəriyyəsini yaratmışdır.

 
1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda Moskva Fiziki Problemlər İnstitutu kollektivi ilə birlikdə Kazan şəhərinə köçürülür. Lev Davidoviç Landau da öz həmkarları ilə birlikdə xüsusi tapşırıq üzərində çalışır. O zamanlar maye helium üzrə aparılan tədqiqatlar və əldə edilən nəticələr kvant mayesi fizikasının əsasını qoyur və 1941-ci ildə Landau tərəfindən “Kvant mayesi” nəzəriyyəsi yaradılır.

 
1946-cı il Lev Landau üçün çox əlamətdar olur. Həmin il bu böyük fizik SSRİ Elmlər Akademiyasının həqiqi üzvü seçilir və fəzalar dəyişkənliyi və yüksəkaxıcılıq nəzəriyyələrinin yaradılmasına görə ona Dövlət mükafatı verilir.

 
XX əsrin 40-cı illərinin ortalarında alimləri düşündürən aktual problemlərdən biri də plazma-maddənin dördüncü halı problemi olmuşdur. Bu məsələ o qədər çətinləşdirilmiş və mürəkkəbləşdirilmişdir ki, onun həlli qeyri-mümkün hesab edilirdi. Lakin Lev Landau həmin problemi də çox parlaq formada həll etmiş və 1946-cı ildə “Elektron plazmanın rəqsləri” nəzəriyyəsini başa çatdırmışdır. Bu nəzəriyyə ilə Landau plazma fizikasına yeni anlayış daxil etmiş və bu anlayış “Landau sönməsi” adlandırılmışdır. İdarə olunan istilik-nüvə reaksiyaları üçün plazmanın qızdırılması tələb olunur. Plazmanın qızdırılması üçün də məhz “Landau sönməsi” effektindən istifadə edilir.

 
Nəzəri fizika sahəsində Lev Davidoviç Landaunun əldə etdiyi ən parlaq nəticələrdən biri də yüksək keçiricilik sahəsində olmuşdur. Yüksək keçiricilərin maqnit xassələrini tədqiq edərkən Lev Landau Vitali Lazareviç Ginzburqla birlikdə 1950-ci ildə “Yüksəkkeçiricilik” nəzəriyyəsini yaratmışdır. Sonralar bu nəzəriyyədən istifadə etməklə yüksəkkeçiricili xəlitələr nəzəriyyəsi işlənmiş və mühüm nəticələr əldə olunmuşdur. Yeri gəlmişkən, Vitali Lazareviç Ginzburq 2003-cü ildə Nobel mükafatına layiq görülmüşdür.

 
Lev Landaunun yaratdığı fundamental nəzəriyyələrdən biri kvant mayeləri üzrədir. Bu istiqamətdə apardığı tədqiqatlar nəticəsində o, “Fermi mayeləri” nəzəriyyəsini yaratmışdır. Klassik fizikanın qanunauyğunluqlarının əksi olaraq kvant mexanikasından məlum olur ki, mütləq sıfır dərəcədə cisimdə atomların hərəkətləri dayanmır. Beləliklə, maddənin yeni forması — kvant mayeləri meydana çıxır.

 
1950-1960-cı illərdə Lev Davidoviç Landau fizikanın bir çox sahələri — maqnetizm, yüksəkaxıcılıq və yüksəkkeçiricilik, bərk cisim fizikası, atom nüvəsi və elementar hissəciklər, plazma, kvant elektrodinamikası, hidrodinamika, astrofizika sahələrində elmi əsərlər yazmış, müxtəlif universtitetlərdə və institutlarda mühazirələr oxumuşdur.

 
Bütün dünyada məşhurlaşmasına, dünyanın bir sıra akademiyalarına üzv olmasına, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsinə, Nobel, Lenin və 3 dəfə Stalin mükafatları almasına baxmayaraq SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Lev Landau haqqında dosye toplamaqda davam edirdi. Toplanmış materiallardan məlum olur ki, o, sovet rejimini heç vaxt qəbul etməmişdir. Bəlkə də bu dahi fizikin avtomobil qəzasına düşməsi də DTK tərəfindən əvvəlcədən planlaşdırılmış əməliyyat olmuşdur...

 
Yaradıcılığının ən parlaq dövründə — 1962-ci ilin 7 yanvarında Lev Davidoviç Landau olduqca ağır avtomobil qəzasına düşür. Onun “Volqa” markalı xidməti maşınının Moskvanın Dmitrov şosesində ağır yük maşını ilə toqquşması nəticəsində məşhur alim başından və döş qəfəsindən ölümcül xəsarət alır. Xəstənin vəziyyətinin kəskin pisləşməsinə və bu dahi alimin həyatını xilas etməyin nə dərəcədə əhəmiyyətli olmasına baxmayaraq sovet rəhbərliyi onun Moskvanın Kreml xəstəxanasına yerləşdirilməsinə razılıq verməmiş və o, Moskva şəhərinin Timiryazev rayonunun 50 nömrəli xəstəxanasına aparılmışdır. Dünyanın məşhur fiziklərinin səyləri, onların Avropadan, ABŞ-dan göndərdikləri dərman preparatlarının yardımı nəticəsində Lev Davidoviç Landaunu ölümdən xilas etmək mümkün olmuş və o, 1962-ci ilin sentyabr ayında SSRİ Elmlər Akademiyasının xəstəxanasına köçürülmüşdür. Həmin ilin noyabrında Landau ona Nobel mükafatı verilməsi barədə teleqram alır. Nobel Komitəsinin tarixində ilk dəfə olaraq xüsusi hal kimi məşhur fizik Lev Landaunun Stokholma gedə bilməməsi nəzərə alınır və İsveçin Moskvada olan səfiri Nobel mükafatını xəstəxanada ona təqdim edir. Lev Landau ömrümün iki ilini xəstəxanalarda keçirir, ancaq 1964-cü ilin 25 yanvarında öz evinə qayıda bilir.

 
Lev Landaunu dünya alimlərinin səyləri nəticəsində ölümdən xilas etmək mümkün olsa da, onun səhhəti tam bərpa olunmamışdı. 1968-ci il martın 24-də onun səhhəti kəskin pisləşmiş və yenidən xəstəxanaya aparılmışdır. Göstərilən səylərə baxmayaraq sovet nəzəri fizikasının banisi, məşhur nəzəriyyəçi fizik, həmyerlimiz Lev Davidoviç Landaunun həyatını xilas etmək mümkün olmamış və o, 1968-ci il aprelin 1-də Moskva şəhərində vəfat etmişdir.

 
Azərbaycan torpağında dünyaya gəlmiş bu görkəmli alimin həyatı, yaradıcılığı və elmi fəaliyyəti böyük bir məktəbdir. Arzu edərdik ki, gənclərimiz, tələbələrimiz, elmi fəaliyyətlə məşğul olan insanlarımız bu böyük həmvətənimizin irsini daha dərindən öyrənsinlər və onun yaratdığı məktəbdən bəhrələnsinlər. İnkişaf ancaq və ancaq elmdən keçir. Elmsiz məkan zülmət və cəhalət deməkdir. Bəşəriyyətin bugünkü firavan yaşayışı və inkişafı isə məhz Lev Davidoviç Landau kimi əfsanəvi alimlərin əməyi nəticəsində mümkün olmuşdur.

VII SİNFƏ AİD TEST TAPŞRIQLARI

Tест «Движение. Траектория» 7 кл.                              Вариант 1
1.  Что называют траекторией?
А. Линией, по которой движется тело.
Б. Длину линии, по которой движется тело.
В. Изменение положения тела относительно других тел.

2. Относительно какого тела пассажир, сидящий в движущемся ав­тобусе, находится в состоянии покоя?
1. Относительно водителя автобуса.
2. Относительно Земли.
3. От­носительно колес автобуса.
А.1.    Б.2.    В.3.    Г.1.2.    Д.1,3.    Е.2, 3.    Ж.1, 2, 3.

3.       Какова траектория движения секундной стрелки?
А. Прямая линия.                        Б. Кривая линия.                   В. Окружность.

4.       Какое движение называют неравномерным?
А. Движение, при котором тело в любые равные промежутки време­ни проходитравные пути.
 Б. Движение, при котором тело в любые промежутки времени проходит равныепути.
 В. Движение тела, при котором траектория является прямая линия.

5. Какие из перечисленных движений являются равномерными?
1. Движение автомобиля при торможении. 
2. Движение маятника в часах. 
3. Движение эскалатора в метро.
А. 1, 2, 3.           Б. 1, 2.             В. 1, 3.           Г. 2, 3.             Д. 1.            
Е. 2.                Ж. 3.

                 Тест.  "Сила Трения".
1.            Какая сила не позволяет сдвинуть с места тяжелый шкаф?
А. Сила трения скольжения.
Б. Сила трения покоя.
В. Сила тяжести.
2.            При смазке трущихся поверхностей сила трения…
А. Не изменится.
Б. Увеличивается.
В. Уменьшается.
3.             Как направлена сила трения, когда брусок движется по столу вправо?
А. Вправо.
Б. Влево.
В. Вертикально вниз.
4.             В гололед тротуары посыпают песком. При этом трение подошв о лед…
А. Не изменяется.
Б. Уменьшается.
В. Увеличивается.
5.             Почему после дождя грунтовая дорога становится скользкой?
А. Одна из причин трения заключается в шероховатости поверхности соприкасающихся тел.
Б. Слой смазки разъединяет поверхности трущихся тел и уменьшает трение.
                    В. В жидкости частицы более подвижны, чем в твердых телах; трение слоев жидкости меньше, чем трение поверхностей твердых тел.





 

понедельник, 17 октября 2011 г.

QAZANDIĞIM NƏALİYYƏTLƏR



Fizika dersleri, fizika dusturlari, fizikadan testlər, fizikadan məsələlər, fizika kitabi

Fizika dersleri, fizika dusturlari, fizikadan testlər, fizikadan məsələlər, fizika kitabi

FİZİKİ FORMULALLAR

ARXİMED QANUNU

Fizika qanunlarını dəyişdirə biləcək təcrübə: İşıq sürəti aşıldı mı?

Avropa Parçacıq Araşdırma Mərkəzi CERNdəki fizikaçılar, atomdan kiçik partiküllerin təməl fizika qanunlarına zidd olan şəkildə, işıq sürətini aşdığını söyləyir.
Mütəxəssislər, İtaliyada Alpların qolu olan Apenin Dağlarının altında bir laboratoryadan 700 kilometr kənardakı digər laboratoriyaya atılan nötrinoların hədəfə saniyənin milyardda biri qədər əvvəl çatdığını hesabladılar.
15 min dəfə qiymətləndirmə edən elm adamları nəticənin özlərini şaşırttığını, bu səbəblə ABŞ və Yaponiyadan başqa təşkilatlardan da müstəqil şəkildə bu ölçümləri qiymətləndirmələrini istədiklərini açıqladı.
Araşdırmaçılar o zamana qədər bu tapıntılara təmkinli yaxınlaşdıqlarını söyləyir.
Albert Eynşteynə görə heç bir şey işıqdan daha sürətli hərəkət edə bilməz.


Ancaq doğrulandığı halda bu təcrübə, Albert Eynşteynin Xüsusi Görəlilik Qaydasının bəzi qisimlərini tərsinə çevirə bilər, kainatın necə işlədiyini açıqlayan qanunlar alt-üst ola bilər.
Bütün müasir fizika nəzəriyyələrinin yenidən nəzərdən keçirilməsini belə tələb edə bilər.
Bununla birlikdə araşdırma qrupu "sistematik səhv" dedikləri vəziyyətin yaranması halında istənildiyi qədər ölçmə edilsin, yenə eyni xəta, yəni sürət sərhədinin aşıldığı kimi bir təəssürat əldə edilməsi riski olduğunu, bu səbəblə ölçümlərini ictimaiyyətə elan etdiklərini bildirib.
Doktor Antonio Ereditato və qrupu bu mövzuda üç ildir araşdırma icra edirdi.
Ereditato "Xəyalım başqa bir müstəqil təcrübədə də eyni nəticənin alınması - o zaman rahatlayacağım" deyə danışdı.
Ereditato, "Amma hələlik heç bir şey iddia etmirik. Cəmiyyətin bu dəli nəticəsində anlamaqda köməkçi olmasını istəyirik - çünki bu dəlilik və əlbəttə nəticələri də çox ciddi ola bilər. " dedi.