Powered By Blogger

понедельник, 17 октября 2011 г.

Kainatın Yaradılışı: Böyük Partlayış

Bir partlayış xəbəri eşitdiyimizdə təlaşlanar və vurduğu zərərləri ilə maraqlanarıq. Ölülər, yaralılar, dağılan binalar, qırılan şüşələr və s… Yəni bir partlayış olduğunda zərər və nizamsızlıq meydana gəlir. Nə qədər güclü olursa olsun partlayıcıdan istifadə edərək bir şəhəri abad edə bilməzsiniz və ya bir təyyarəni daha təkmilləşmiş texnoloji səviyyəyə çatdıra bilməzsiniz. Harada olursa-olsun bir partlayışdan sonra eyni yerdə rəngarəng çiçəklərin olduğu, müxtəlif canlıların yaşadığı mənzərə ilə qarşılaşa bilməzsiniz… Ancaq dünyamız da, içərisində olduğumuz kainat da təxminən 15 milyard il əvvəl Böyük Partlayış (Big Bang) nəticəsində ortaya çıxmış və genişləyərək indiki formasını almışdır! Yəni partlayış ilə nizam qurulmuşdur. Əgər biri sizə bütün kainatın bir nöqtənin içinə sıxışdırıldığını və bu nöqtənin partlayışdan sonra bütün ulduzları, planetləri və dünyamızı meydana gətirdiyini söyləyirsə burada fövqəladə vəziyyət var. Bizim bildiyimiz bütün partlayışlar dağıdıcı və məhvedici olduğu halda, bütün kainatı bir partlayışın meydana gətirməsi çox xüsusi vəziyyətin olduğunu göstərir.
Big Bangin Tarixi
1929-cu ildə aparılan müşahidələrdən çıxan bir dəlil, elm dünyasına bomba kimi düşdü. O il Kaliforniya Maunt Vilson (Mount Wilson) rəsədxanasında, amerikalı astronom Edvin Habl (Edwin Hubble) astronomiya tarixinin ən böyük kəşflərindən birini etmişdi. Habl, istifadə etdiyi nəhəng teleskopla səmanı müşahidə edərkən, ulduzların uzaqlıqlarına bağlı olaraq qırmızı rəngə doğru sürüşən bir işıq yaydıqlarını müəyyən etdi. Bu fikir, o zamana qədər bilinən kainat anlayışını təməldən sarsıdacaqdı.
Çünki məlum fizika qanunlarına görə, müşahidənin edildiyi nöqtəyə doğru hərəkət edən işıqlar bənövşəyi istiqamətə doğru, müşahidənin edildiyi nöqtədən uzaqlaşan işıqlar isə qırmızı rəngə doğru meyllənir (müşahidəçidən uzaqlaşan qatarın fit səsinin getdikcə incəlməsi kimi). Bu qanuna uyğun olaraq Hablın müşahidəsi göy cisimlərinin bizdən uzaqlaşdığını göstərirdi. Habl, çox keçmədən daha mühüm faktlarla qarşılaşdı; ulduzlar və qalaktikalar yalnız bizdən deyil, bir-birilərindən də uzaqlaşırdılar. Elmi müşahidələr  kainatdakı hər şeyin bir-birindən uzaqlaşdığını ortaya qoymuşdu. Bu vəziyyətdə kainatın “genişlədiyi” nəticəsi əldə edilirdi.
Hablın ortaya qoyduğu kainatın genişlədiyi gerçəyi, materialistlərin müdafiə etdiyi sabit, başlanğıcı olmayan kainat modelinin tam tərsini iddia edirdi. Kainat sanki şişirilən bir şar kimi genişləyir və göy cisimləri də şarın üzərindəki nöqtələr kimi bir-birindən uzaqlaşırdı.
Kainat genişlədiyinə görə zamanda geriyə doğru gedildiyində daha kiçik bir kainat, daha da geriyə getdiyimizdə “tək bir nöqtə” ortaya çıxırdı. Aparılan hesablamalar, kainatın bütün maddəsini içində saxlayan bu “tək nöqtə”nin, şiddətli cazibə qüvvəsi səbəbiylə “sıfır həcmə” sahib olacağı göstərilir. Kainat, sıfır həcmə sahib bu nöqtənin partlamasıyla ortaya çıxmışdı. Bu partlamayışa “Big Bang” (Böyük Partlama) deyildi və bu nəzəriyyə də eyni adla adlandırıldı.
Yeni Kəşflər: Kosmik Fon Radiasiyası
Big Bangın tək sübutu genişlənən kainat deyildi. Elm adamları Big Bang nəzəriyyəsini təsdiqləyən yeni kəşflər edirdilər. Corc Gamov bu elm adamlarından biri idi. 1948-ci ildə Gamov, Corc Lamatrenin (Georges Lemaitre) hesablamalarını təkmilləşdirdi və Big Bang-ə aid olan yeni tezis irəli sürdü. Buna görə kainatın böyük partlayış ilə meydana gəlməsi nəticəsində, kainatda bu partlayışdan sonra radiasiya olaraq adlandırılan bəzi qalıqların olması labüd idi. Bu “labüd” dəlil də çox keçmədən tapıldı.
1965-ci ildə Arno Penzias və Robert Wilson adlı iki araşdırmaçı alim bu qalıqları ehtiva edən dalğaları kəşf etdilər. “Kosmik Fon Radiasiyası” adlandırılan bu radiasiyanın Big Bangin ilk dövrlərindən qaldığı məlum olmuşdu. Penzias və Wilson, Big Bangi təcrübi olaraq ilk göstərən alimlər olduqları üçün Nobel Mükafatına layiq görülmüşdülər.
Daha bir sübut

1989-cu ildə isə Corc Smut (George Smoot) və birlikdə çalışdığı NASA qrupu, COBE adlı süni peyki kosmosa göndərdilər. Bu peykə yerləşdirilən həssas radarların Penzias və Wilsonun hesablamalarını təsdiqləməsi isə yalnız səkkiz dəqiqə çəkdi. Radarlar qətiliklə kainatın başlanğıcındakı böyük partlayışın isti, sıx vəziyyətinin qalıqlarını sübut edirdi. Bir çox elm adamı COBE-nin müvəffəqiyyətini Big Bangın möhtəşəm zəfəri olaraq şərh etmişdi.
Bu kəşflər və elm adamlarının şərhləri dünyanın bir çox TV kanalında işıqlandırılmışdı, böyük əks-səda doğurmuş və əsrin ən böyük kəşfi olaraq adlandırılmışdı. Çünki, Big Bang yaradılışın dəlili olaraq qəbul edilir.

Комментариев нет:

Отправить комментарий